
Polaroid-dən iki yeni smartfon gəlir
Elm & Texnologiya
17.08.2017
Orxan
Polaroid nəhayət
smartfon bazarına yenidən dönüş etməyə hazırlaşır. Edilən açıqlamalar ilə
birlikdə Polaroid-in iki yeni smartfonu ortaya çıxdı.
Instant film adlı fotoşəkil filmləri və fotoşəkil kameraları
ilə tanınan Polaroid, iki yeni Android smartfon və bir tableti çox yaxında
bazara təqdim edəcəyini açıqladı.

Hər nə qədər belə bir firmanın smartfon istehsal etmiş
olması qəribə gəlsə də, bu iki cihazın Polaroid tərəfindən çıxarılan ilk smartfon
olmadıqlarını da bildirmək lazımdır.
Polaroid Cosmo K və son dövrdə smartfon bazarında tez-tez
edildiyi üzrə Polaroid Cosmo K Plus modelini təqdim edən firma, cihazların aşağı
seqment səviyyəsi olaraq qəbul ediləcəyinin də siqnallarını verdi.
Aşağı büdcələr üçün hazırlanan Polaroid Cosmo K; 5 inç-lik 720p
ekran, 13 MP-lik arxa və 5 MP-lik selfie kamerasına sahib olaraq
çıxarılacaq. Cihazda 1.3 GHz-də
çalışan dörd nüvəli MediaTek prosessor
iştirak edir və 8 GB daxili yaddaş sahəsinə
sahib olaraq bazara təqdim ediləcək.

Polaroid Cosmo K-dan
bir az daha yaxşı olan Polaroid Cosmo K
Plus modelində isə tək fərq olaraq 5.5
inç-lik ekran görünür. Polaroid firması iki cihazın da qiymətini ya da nə
vaxt bazara təqdim ediləcəyini açıqlamış deyil.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
