
Polis cinayətkarın telefonunu oğurladı
Elm & Texnologiya
07.05.2017
Farid
Bildiyiniz kimi iPhone-nun şifrəsini qırmaq
qeyri-mümkündür. Hətta bu mövzuda FBI ilə Apple arasında mübahisələr hələ də
davam etməkdədir. Vəziyyət belə olduqda bir çox insanlar iPhone istifadəsinə
daha çox üstünlük verir. Hətta buna görə FBI laboratoriyalarında çoxlu sayda iPhone
modelləri saxlanılmaqdadır. Səbəb isə onların şifrəsinin indiyə qədər açıla
bilməməsidir. Bunu nəzərə alan ingilis polislər çox əziyyətə girməmək üçün fərqli
bir üsula əl atıblar. Onlar cinayətkarın iPhone markalı telefonunu ondan
oğurlayıblar. Polislər hətta bunun üçün plan belə tərtib ediblər. Belə ki,
cinayətkarı tutmaq üçün ilk əvvəl onun telefon danışığı etməsini gözləyiblər.
Buna səbəb olaraq isə həmin şəxsin saxta
kredit kartı fırıldaqçısı olaraq izlənməsi göstərilir. Polislər onun telefonla əlaqə
saxlamasını gözləyib və o, danışarkən iPhone onun əlindən alıblar. Beləliklə,
telefon kilidə düşmədən məlumatları ələ keçirmək mümkün olub. Hər şey
açıq-aşkar olduğundan cinayətkar da öz günahını boynuna alıb 5 il yarım həbs cəzası
ilə məhkum olunub.
Texnologiya inkişaf etsə də insan beyni hər
zaman onu qabaqlayır.
Paylaş
Bənzər xəbərlər