
PornHub-da sonsuz sayda video izləyən süni zəka yaradılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Proqramçı və ixtiraçı Brian Moore, süni zəka əsasında yeni bot yaradıb.
Həmin bot, Computer Vision özəlliyindən istifadə edərək PornHub saytında sonsuz sayda porno videolar izləmək üçün nəzərdə tutulub. "Technote.az"ın "The Next Web"ə istinadən verdiyi xəbərə əsasən Moore öz ixtirasını "Stupid
Shit No One Needs & Terrible Ideas Hackhathon” tədbirində təqdim
edib. Qeyd etmək lazımdır ki, bu tədbir, proqramçılar və ixtiraçılar tərəfindən
lazım olmayan texnologiyaların hazırlanması üçün nəzərə tutulub. Bot, "Microsoft”a
məxsus, Computer Vision özəlliyindən istifadə edir və porno videolara baxaraq
videolarda baş verənləri anbaan yazılı formada nəql edir. Süni zəka indiyənə
kimi pornoqrafik materiallara rast gəlmədiyi üçün onun təqdim etdiyi yazılı nəqldəki
aktyorların hərəkətləri, reallıqda baş verən ilə üst-üstə düşmür. Moore həmçinin
yaratdığı bot üçün Twitter hesab da açıb. Orda o, süni zəka tərəfindən baxılmış
videoların nəticələrini təqdim edir.
Paylaş
Bənzər xəbərlər