main-post-cover

    Porsche E Cross Turismo elektromobili təqdim olundu

    Elm & Texnologiya
    06.03.2018
    Farid Pardashunas
    “Porsche” şirkəti Cenevrədə keçirilən avtomobil sərgisi çərçivəsində Tesla X-in rəqibi olacaq E Cross Turismo adlı elektromobil modelinin prototipini təqdim edib.
        Avtomobilin salonundakı idarəetmə panelində sensorlu ekran yerləşdirilib. Həmin ekran həmçinin göz hərəkətlərinin istiqamətini təyin etmək funksiyasına da sahibdir. Elektromobil ümumilikdə 600 at gücü verən iki ədəd elektromühərrik vasitəsilə saatda 100 km sürəti 3.5 saniyəyə yığır.

        Müqayisə üçün qeyd etmək lazımdır ki, Tesla X həmin sürəti 2.9 saniyə ərzində yığır. Şirkətin bildirdiyinə görə bir dəfə şarj olunmaqla elektromobil 500 km yol qətt edə bilir. 15 dəqiqəlik şarj prosesi isə 390 km yol qətt etmək üçün kifayət edir. E Cross Turismo modelinin irimiqyaslı istehsalı 2019-cı ilə planlaşdırılıb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər