main-post-cover

    Porsche şirkəti büdcəli Taycan 4S elektromobilini təqdim etdi - QİYMƏTİ

    Elm & Texnologiya
    14.10.2019
    Farid Pardashunas
        Hələ sentyabr ayının əvvəlində Porsche şirkəti özünün Taycan adlı ilk iki elektromobil modelini təqdim etmişdi. Bununla da şirkət elektromobillər dövrünə keçidini bildirmişdi. Texniki göstəricilərdən əlavə qiymət göstəricisinə də önəm verən sürücülər üçün şirkət Taycan elektromobilinin büdcəli versiyasını təqdim etdi. Yeni model Taycan 4S adlanır və o, əsas Taycan modellərindən bir qədər daha ucuzdur. Bu barədə Techcrunch saytı xəbər verib.
        Texniki tərəfdən Taycan 4S modeli Taycan TurboTurbo S modellərindən çox az fərqlənir. Taycan 4S əsas modellərdən daha yüngüldür və onun maksimal sürəti saatda 250 km-i keçmir. Lakin buna baxmayaraq alıcılar onun üçün daha az pul ödəyəcəklər. Taycan 4S iki versiyada təqdim olunur. Onlardan biri 79.2 kilovatt saat batareya həcmi və ümumi gücü 320 kilovatt olan bir neçə elektromühərrikdən, digəri isə 93.4 kilovatt saat batareya həcmi və ümumi gücü 420 kilovatt olan bir neçə elektromühərrikdən ibarətdir.
        Hər iki model saatda 100 km sürəti 3.8 saniyəyə yığır. Şirkət büdcəli modellərin bir dəfə şarj olunandan sonra nə qədər yol qətt etmələri barəsində bir məlumat verməyib. Qeyd etmək lazımdır ki, Taycan Turbo modeli bir dəfə şarj olunandan sonra 450 km, Taycan Turbo S modeli isə bir dəfə şarj olunandan sonra 412 km yol qətt edə bilir. Yeni Taycan 4S modeli 2020-ci ildə ABŞ-da satışa çıxacaq. 79.2 kilovatt saat batareya həcminə sahib versiya 103.800$-a, 93.4 kilovatt saat batareya həcminə sahib versiya isə 110.380$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər