
Powerbank partladı, Türkiyəli gənc ölümdən döndü
Elm & Texnologiya
07.05.2017
Farid
Partlayan telefonlar və batareyalardan sonra indi də partlayan "powerbank” hadisəsi gündəmə gəldi. Türkiyə "Uşak”da baş verən hadisədə ucuz olduğu üçün alınan powerbank partladı.
"Ucuz ətin şorbası olmaz” sözü ilə xəbərə
başlasaq heç də səhv etmiş olmarıq. Türkiyə "Uşak”da baş verən hadisədə bu
sözün nə qədər doğru olduğunu sübut edir.
"Uşak”da baş verən powerbank partlayışı
ağıllara ucuz "powerbank” seçiminin nə qədər doğru olub olmadığını gətirdi.Ethem Akgün adlı Türkiyə vətəndaşı qısa zaman əvvəl satın aldığı powerbank
cihazını şarj etmək üçün evinə aparıb.
"Powerbank” şarja taxıldıqdan 5
saniyə sonra partlayaraq havaya uçub və bunun nəticəsində Ethem Akgün,
parçalanan cihazdan bədənin kritik nahiyələrinə çox sayda ağır xəsarət aldığıdan
dərhal əməliyyata girməli olub.
Partlayışın şiddəti ilə parçalanan powerbank,
Ethem Akgün-ün ürək nahiyəsinə və bədənin fərqli yerlərinə xəsarət almasına
səbəb olub. Ağır şəkildə yaralanan Türkiyə vətandaşı Akgün, "Uşak Dövlət Xəstəxanasın”da
3 gün reanimasyada yatıb.
Ürək nahiyəsinə batan 3 mm ölçüsün-də metal parçası,
"Uşak Dövlət Xəstəxanasın”da Ürək Damar Cərrahiyə şöbəsi həkimi olan Murat
Yanar tərəfindən açıq ürək əməliyyatı ilə çıxarılıb.
Ön ürək qəfəsindəki metal parçanın
çıxarılmasının ardından bir müddət daha reanimasyada qalan Ethem Akgü-nün bədənində
hələ də partlayan "powerbank”a aid parçalar olduğu bildirilib.
Ethem
Akgün qiyməti 35 TL olan Çin istehsalı
powerbank satın aldığını və şarja taxdığı anda böyük partlayış olduğunu və
otaqda-kı 1 yaşlı uşağının hec bir xəsarət
almadan xilas olmasına bəxtinin gətirdiyini söyləyib.
Paylaş
Bənzər xəbərlər