PowerPoint-in yaradıcılarından biri olan Dennis Austin 76 yaşında vəfat edib

PowerPoint-in yaradıcılarından biri olan Dennis Austin 76 yaşında vəfat edib

Texnologiya
12.09.2023 PAYLAŞIM

    Prezentasiyaların hazırlanması və sərgilənməsi üçün nəzərdə tutulmuş Microsoft PowerPoint tətbiqinin yaradıcılarından biri olan Dennis Austin 1 sentyabr tarixində 76 yaşında vəfat edib. Proqram təminatı tərtibatçısı karyerasına start verməmişdən öncə Austin Massaçusets Texnologiya İnstitutunda Kaliforniya Universitetində mühəndislik peşəsi üzrə təhsil almışdı. Nəticədə o, Forethought adlı şirkətə qoşulmuş və öz iş yoldaşları ilə birlikdə PowerPoint tətbiqini yaratmışdı. Sözügedən tətbiq ilk dəfə 1987-ci ildə istifadəyə verilmişdi.

    İstifadəyə verildiyi andan bir neçə ay sonra isə Microsoft sözügedən şirkəti 14 milyon dollara almışdı. Austin öz növbəsində 1985-ci ildən 1996-cı ilə kimi PowerPoint-in əsas tərtibatçısı vəzifəsində çalışıb. 1996-cı ildə isə o, təqaüdə çıxıb. Hal hazırda PowerPoint tətbiqi Microsoft-un ofis tətbiqlərinin əsas elementlərindən biridir. Bir neçə müddət bundan öncə isə şirkət ona Copilot adlı süni zəka alətini əlavə etdi. Copilot adlı süni zəka aləti PowerPoint çərçivəsində prezentasiyaları tərtib və prezentasiyalardakı mətnləri redaktə edə bilir. Bu isə öz növbəsində prezentasiyaların tərtib edilməsi prosesini daha effektiv edir.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×