
Praqada yerləşən Karlovi Lazne adlı klub robotlaşdırılmış əli özünün DJ-lərindən biri qismində istifadə etməyə başlayıb.
Bu, klubun robototexnika şirkətlərindən biri ilə belə bir şeyin qeyri-mümkün olması barəsində mərcindən sonra reallaşıb. Kuka adlı bot mahnı seçimləri üçün xüsusi proqram təminatından istifadə edir və öz playlistini yaratmaq üçün öz robotlaşdırılmış əli vasitəsilə kompakt diskləri seçir. O rəqs edə və hətta DJ pultu sayəsində scratch də edə bilir. Kuka hələki klubda səhərdən gecəyə qədər çalışmır.
MobChannel, Keepface, MediaMark - 3-ü birində!
Robot ilk dəfə DJ
pultu qarşısında 3 həftə bundan öncə olmuşdu və o əsasən 1 saatlıq proqram ilə
çıxış edir. Bu müddət ərzində klubun müştəriləri bir xeyli artıb. Bununla
yanaşı klubun bir sıra müştəriləri bildiriblər ki, robot rəqs meydanının
ritmini hiss edə bilmir və mikrofona “Mən sizin əllərinizi görmürəm” kimi cümlələri
qışqırmır. Beləliklə o əsl canlı DJ-in reaksiyalarına sahib deyil. Digər tərəfdən
robotlaşdırılmış sistem tərəfindən daha bir sahə də təhlükə altında qaldı.
Şərh yoxdur