main-post-cover

    Premium seqment üçün Vision Mercedes-Maybach Ultimate Luxury elektromobili (VİDEO)

    Elm & Texnologiya
    26.04.2018
    Emil Nəcəfov
    Daimler AG şirkəti Vision Mercedes-Maybach Ultimate Luxury adlı elektrokrossoveri təqdim edib. Elektromobilin yeni konsepti lüks seqmentə aiddir və qəribə dizayner özəlliklərinə sahibdir. Sözügedən elektromobil ümumi gücü 550 kilovatt olan iki ədəd elektromühərrik ilə təchiz olunub. Bu isə 750 at gücünə bərabərdir. Onun maksimal sürəti saatda 250 km-dir.

    Bir dəfə şarj olunandan sonra elektromobil 500 km yol qətt edə bilir. Elektromobilin aşağı hissəsində həmçinin 80 kilovatt saatlıq batareya da yerləşir. Batareyalar sürətli enerji yığma özəlliyinə sahibdirlər. Bunun sayəsində 5 dəqiqəlik enerji yığmaqla elektromobil 100 km yol qətt edə bilıər. Elektromobili həmçinin naqilsiz şarj texnologiyası və evdə adi enerji girişi vasitəsilə şarj elətdirmək olar. Yeni elektrikli krossoverin salonu yüksək komfortun təmin olunması üzrə hazırlanıb.

    Salon metaldan və əsl ağacdan, oturacaqlar isə dəridən hazırlanıb. Arxa oturacaqlar isə üstəlik masaj aparatları ilə təchiz olunublar. Ön hissədə adi cihazlar yerinə salonda bir neçə sensorlu panellər yerləşdirilib. Həmçinin salon daxilində çaydan və fincanlar üçün də əlavə yer mövcuddur. Vision Mercedes-Maybach Ultimate Luxury premium elektromobilin qiyməti və satışa çıxma tarixi barəsində heç bir məlumat yoxdur. Bəlkə də bu model elə konsept olaraq qalacaq. Bəlkə də elektromobil daha sadə və ya təkmilləşdirilmiş versiyada irimiqyaslı istehsalata göndəriləcək.

    Linki kopyala