Logo
    main-post-cover

    "Priora"ya "Rolls Royce" emblemi taxanlara ağır zərbə

    "Rolls Royce" müştərilərin tez-tez şikayət etdiyi, avtomobil embleminin oğurlanmasına qarşı çox ağıllı həll yolu tapıb. Bəzi insanlar istədikləri maşını ala bilmədikdə, sahib olduqları maşınlara ona aid olmayan emblem qoyurlar. Bu hallarla ən çox "Mercedes" və "Rolls Royce" avtomobil sahibləri rastlaşır. "Rolls Royce" mühəndisləri bunu nəzərə alaraq, müştərilərini sevindirəcək yeni mühəndislik mexanizmi yaradıblar. "Rolls Royce"un məşhur kapot emblemi Spirit of Ecstasy toxunmağa qarşı həssas hala gətirilib. Yəni kimsə emblemə toxunduqda, emblem birbaşa kapotun içərisinə daxil olur. Aşağıdaki videoda bunun şahidi ola bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər