
"Prisma" Android-ə gəlib
Elm & Texnologiya
07.05.2017
Farid
Adi fotoları rəssamlıq şah əsərlərinə çevirən məşhur Prisma
tətbiqinin yaradıcıları bildiriblər ki, tətbiq artıq Android platforması üçün
aktivdir. Lakin tətbiq hələki Android platforması üçün beta versiya şəklindədir.
Həmin beta versiyadan istənilən istifadəçi yararlana bilər. Prisma-nın beta
versiyasından yararlanmaq üçün tətbiqin rəsmi saytında (http://prisma-ai.com/) qeydiyyatdan keçmək
lazımdır. Əsasə səhifənin aşağı hissəsində "Sign up for news” düyməsi var. Həmin düyməyə klikləyərək ad və
mail ünvanı qeyd edəndən sonra istifadəçi qeydiyyatdan keçmiş olacaq. Tətbiqə dəvətnamələr istifadəçilərə bu axşam göndəriləcək. Tətbiqin beta versiyasında artıq 35 ədəd
filtr mövcuddur. Prisma ilə çəkilmiş fotolardan başqa cihazın yaddaşında
olan fotoları da editləmək mümkündür. Filtr hər-hansı bir fotonu bir neçə saniyə
ərzində editləyir. Daha sonra editlənmiş fotonu cihazın yaddaşında saxlamaq və
müxtəlif sosial şəbəkələrdə paylaşmaq olar. Tətbiqin yaradıcıları qeyd ediblər
ki, beta versiyada bəzi xətalar ola bilər. Beta-testlər isə məhz həmin xətaları
üzə çıxarıb onları aradan qaldırmaq üçün nəzərdə tutulub.
Paylaş
Bənzər xəbərlər