
Prisma-dan istifadəçiləri sevindirəcək yenilik
Elm & Texnologiya
07.05.2017
Farid
Prisma yaradıcıları tətbiqin yeni versiyasını təqdim ediblər. Yeni versiya köhnəsindən nə ilə fərqlənir?
Tətbiqin təqdim olunmuş yeni versiyası artıq fotoları təkcə
onlayn deyil, həmdə offlayn rejimdə fitrləyə biləcək. Bu funksiya hələki tətbiqin
iOS versiyası üçün aktivdir və 15 filtr növünü özündə birləşdirir. Lakin yaxın
zamanda sözügedən funksiya Android platforması üçün də aktiv olacaq. Həmçinin
offlayn rejimdə filtr növlərinin sayının artırılacağı bildirilib. Fotoların
offlayn rejimdə filtr olunması internet sürətinin yaxşı olmadığı yerlər üçün
çox yaxşı həll yoludur. Həmçinin tətbiq bu rejimdə fotoları onlayn rejimdən
geri qalmayaraq cəmi 7 saniyə ərzində filtr edir.
Paylaş
Bənzər xəbərlər