
Prisma yeniləndi. Şəkillərinizi daha çox insan görə biləcək
Elm & Texnologiya
07.05.2017
Farid
Qeyri-adi filtrlərlə qarşımıza çıxan Prisma tətbiqi də digər tətbiqlərdən geri qalmayıb, yeniləndi.
iOS və Android platformalarında ən çox
istifadə olunan foto tərtibat tətbiqi arasında yer alan Prismaya yeniliklər əlavə
olundu. Bildiyiniz kimi Prisma ilə fotonu tənzimlədiyiniz zaman fotolar tətbiq
tərəfindən 4:4 ölçüsündə yəni kvadrat formatında yayımlanırdı. Bu isə öz növbəsində
fotoların keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.
Prismanın sonuncu yenilənməsindən sonra bu
problem öz həllini tapıb. Prisma istifadəçiləri artıq fotolarını kvadrat şəklində
kəsmək məcburiyyətində deyillər. Artıq fotolarınızda rahatlıqla filtr istifadə
edə bilərsiniz. Bundan əlavə sizə yaxın ərazidə olan insanlarla rəsimlərinizi
paylaşa biləcəksiniz.
Fotonuz nə qədər çox bəyənilsə, o qədər çox
insana çatacaq. Bu isə sizin daha çox insana fotonu nümayiş etdirməyinizə şərait
yaradacaq. Bu yeniliklə Prisma-nın Instagram-a rəqib olacağını deyə bilərik.
Prisma-nın bu yeniliyindən istifadə etmək
istəyənlər tətbiqi yeniləməlidirlər.
Paylaş
Bənzər xəbərlər