
Proqram təminatı ucbatından baş vermiş 6 faciəvi hadisə
Elm & Texnologiya
07.05.2017
Farid
"Ağıllı” proqram təminatı, bizim gündəlik həyatımızı
asanlaşdırır. Lakin onun işində yarana biləcək nasazlıqlar, faciəli nəticələrə gətirib
çıxarda bilər. Bəzən hətta kompüterdə olmuş səhvlər, ölümlərə və dağıntılara səbəb
olub. Sizlərə bu sahədə baş vermiş 6 faciəli hadisəni təqdim edirik.
1. Kosmos: Ariane 5
4 İyun 1996-cı il tarixində Avropa Kosmik Agentliyi, Ariane
5 adlı raketin uçuşuna start vermişdi. Təəssüflər olsun ki, idarəetmə
modulundakı olmuş nasazlıq ucbatından raket, startdan 37 saniyə sonra
partlamışdı.
2. Pullar: Knight Capital
2013-cü ildə proqram təminatındakı boşluq nəticəsində "Knight
Capital” investisiya şirkəti az qala iflasa uğrayırdı. Kompüterdə olmuş
nasazlıq ucbatından insan nəzarəti olmadan səhmlərin alıb-satılması nəticəsində
şirkət, yarım saat ərzində yarım milyard dollar vəsait itirmişdi. Nəticədə iki
gün ərzində şirkətin səhmləri 75% düşmüşdü.
3. Tibb: Şüa
terapiyası
Şüa terapiyası üçün nəzərdə tutulmuş Therac-25 adlı cihazın
idarəetmə sistemindəki yaranmış nasazlıq ucbatından 1980-ci illərdə 5 xəstə şəxs
yüksək dərəcədə rentgen şüalanması alaraq vəfat etmişdi. Mütəxəssislərin
fikrincə nasazlığın səbəbi, cihazın kodlaşdırılmasında idi. Nəticədə proqram təminatı,
bir əmri, bir neçə dəfə etmişdi.
4. İnternet:
Amazon
2013-cü ildə
"Amazon” serverlərinin sıradan çıxması nəticəsində istifadəçilər, bulud
servisdə yerləşmiş şəxsi məlumatları itirmişdilər. İlk öncə güclü qasırğa ilə
başlamış nasazlıq, proqram təminatındakı səhv ucbatından daha da böyük faciəyə
səbəb olmuşdu.
5. İnfrastruktur: ABŞ-ın şimal-şərqində baş vermiş black-out
2003-cü ildə sözügedən ərazidə lokal nasazlıq nəticəsində
kütləvi şəkildə elektroenerji bağlantısının kəsilməsi baş tutmuşdu. Nasazlıq, "General
Electric Energy” şirkətinin avadanlığının monitorinqi üçün nəzərdə tutulmuş
proqram təminatındakı səhv ucbatından baş vermişdi.
6. Nəqliyyat: American
Airlines
2014-cü ildə proqram təminatındakı boşluq, "American
Airlines” şirkətinin bütün hava donanmasının yerə enməsinə səbəb olmuşdu.
Biletlərin bron sistemindəki boşluq, bir neçə aviaşirkətlrin birləşməsi nəticəsində
yaradılmış ortaq sistem ucbatından əmələ gəlmişdi. Çox güman ki, problem, müxtəlif
proqramlaşdırma dillərində yazılmış platformaların birləşməsinin nəticəsi
olmuşdur.
Paylaş
Bənzər xəbərlər