
Proqramçılardan təhsil ödənişini maaşlarından alan məktəb
Elm & Texnologiya
31.01.2018
İstəyən hər kəsə web development sahəsini öyrədən Lambda School adlı startap məzunlardan təhsil ödənişlərini onların gələcək maaşlarından almaq imkanını verir.
Bu halda təhsil almış şəxsin
illik gəliri 50.000$-dan az olmamalıdır. Əks halda isə təhsil ödənişi ümumiyyətlə
alınmayacaq. Bu barədə VentureBeat saytı xəbər verib. Lambda School tələbələrə
3 variantda təhsil ödənişini təqdim edir. Birinci variant 20.000$ dəyərində
olan ənənəvi beh ödənişidir. İkinci variant 10.000$ beh ödənişi və il ərzində
17% ödənişi (il ərzində 15.000$-dan çox olmamaqla) əks etdirir. Üçüncü variant
isə ümumiyyətlə beh ödənişi tələb etmir. Lakin təhsilin bitməsindən sonra 2 il ərzində
17% ödəniş olmalıdır
Nəticədə tələbələrin 90%-i ikinci və üçüncü variantları
seçib. Hər iki razılaşmada faiz ödənişi yalnız illik gəliri 50.000$-dan az
olmayan məzunlar üçün keçərlidir. Yəni nəzəri cəhətdən əgər hansısa məzun nəticə
etibarilə iş tapa bilməsə o heç bir vəsait ödəməyəcək. Və əgər hansısa məzun
olmuş şəxs anidən işini itirsə və ya onun illik gəliri 50.000$-dan aşağı olsa
o, faizlə ödəniş razılığını dayandıra bilər.
Lakin illik 50.000$ qazanaın tələbə
hər ay Lambda School-a 708$ vəsait ödəməlidir. Bu, adi kollecdə təhsil
haqqından bir qədər çoxdur. ABŞ Federal Rezerv-in məlumatlarına əsasən tələbə
kreditinin ortalama ödəniş haqqı 203$ təşkil edir. Lambda School-un əsas
ideyası ondan ibarətdir ki, əgər tələbə yüksək maaşdan imtina edirsə o öz təhsilinə
görə olan borcundan da tez bir zamanda canını qurtara bilər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...