main-post-cover

    Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradılıb

    Elm & Texnologiya
    16.05.2021
    Emil Nəcəfov
        Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni alqoritmi təqdim edib. Yaradılmış bu yeni alqoritm tərcüməçi rolunda çıxış edərək proqramlaşdırma dilləri arasındakı uyğunsuzluq problemini aradan qaldırmaq üçün nəzərdə tutulub. CodeNet adlı qəliz generativ sistemin əsas özəlliyi ondadır ki, o, bir proqramlaşdırma dilindəki məlumatları digər proqramlaşdırma dilinə tərcümə edərək kodun ayrı-ayrı hissələrini və hətta bütöv layihələri yarada bilir. Məsələn proqramçı çox spesifik sahələrdə işlədilən bir neçə köhnə proqramlaşdırma dilini bilir.
        Həmin proqramlaşdırma dillərindəki lazımi məlumatların yeni proqramlaşdırma dillərinə tərcümə üçün istifdəçi heç bir tədris prosesindən keçməyəcək. Belə ki, onun yerinə tərcüməni məhz sözügedən alqoritm reallaşdıracaq. IBM təmsilçiləri bildiriblər ki, onlar bu alqoritmi 14 milyon kod fraqmenti və 500 milyon sətr kod vasitəsilə təlimatlandırıblar. Alqoritm 55 köhnə və yeni proqramlaşdırma dilində tərcüməni reallaşdıra bilir. Bura COBOLFORTRAN kimi köhnə proqramlaşdırma dillərindən tutmuş Java, C++Python kimi yeniləri daxildirlər. Alqoritmin nə dərəcədə effektiv çalışdığı barədə IBM bir məlumat verməyib.
    Linki kopyala