Logo
    main-post-cover

    Qağayı iPhone oğurladı

    Britaniyalı Chloe Rainey öz Facebook səhifəsində maraqlı video paylaşıb. Chloe çimərlikdə dincələn zaman qağayı onun iPhone-nu oğurlayıb. Hadisə çox tez şəkildə baş verib. Chloe çimərlikdə uzanaraq video çəkirdi. Birdən qağayı ona yaxınlaşaraq öz dimdiyi ilə ani şəkildə smartfonu qızın əlindən oğurlayıb. Smartfonu oğurlayan qağayı bir neçə metr qaçıb. Bununla belə bütün bu vaxt ərzində smartfonun kamerası aktiv şəkildə olaraq hadisəni çəkib. Qağayı bir neçə metr qaçdıqdan sonra smartfonu yerə atıb. Chloe həmin videonu yaddaşda saxlamağa nail olub və onu sosial şəbəkədə paylaşıb. Chloe videonu "ən azından mənim telefonumu bugün qağayı oğurlamadı” kommenti ilə paylaşıb.

    Paylaş
    Bənzər xəbərlər