main-post-cover

    Qaçaqmalçılar iPhone-ları dronlar ilə gömrükdən keçirtdilər

    Elm & Texnologiya
    31.03.2018
    Farid Pardashunas
        Çinin materik hissəsindəki regionlarından fərqli olaraq Honkonqda Apple smartfonları daha ucuz qiymətə satılır. Məhz buna görə bir çox insanlar Honkonqdan ucuz Apple texnikasını gömrükdən keçirtməyə çalışırlar. Məsələn 2015-ci ildə gənc bir oğlan bədəninə 146 ədəd iPhone cihazı yerləşdirərək onları sərhəddən keçirtmək istəmişdi. Lakin bu cür kiçik hadisə dronlar vasitəsilə 79.8 milyon dollar dəyərində iPhone cihazlarının qeyri-leqal gömrükdən keçirilməsinin yanında bir heçdir.
        Qaçaqmalçılar Honkonq ilə Çinin materik hissəsi arasındakı 200 metr trosu qurmaq üçün dronlardan istifadə ediblər. Daha sonra həmin troslar vasitəsilə iPhone cihazları gömrükdən keçirdilib. Məlumata əsasən qaçaqmalçılar bu işi gecə yarısından sonra görüüdürlər və bir gecə ərzində onlar 15.000 ədəd iPhone cihazı daşıyırdılar. Gömrük idarəetməsi isə yüksək keyfiyyətli kameralar ilə təchiz olunmuş öz dronları sayəsində bu qeyri-leqal işin üstünü açıb. Məlumata əsasən polislər artıq 26 şübhəli şəxsi yaxalayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər