Qandakı şəkər miqdarını təyin etməyi bacaran ilk smart saat Huawei Watch 4 təqdim edilib

Qandakı şəkər miqdarını təyin etməyi bacaran ilk smart saat Huawei Watch 4 təqdim edilib

Texnologiya
19.05.2023 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Huawei şirkəti qlobal bazarda Watch 4 smart saat seriyasını təqdim etmişdi. Sözügedən seriyaya adi Watch 4 ilə yanaşı Watch 4 Pro da daxildir. İndi isə şirkət sözügedən smart saatları Çin bazarında təqdim edib. Smart saatların Çin bazarı üçün nəzərdə tutulmuş versiyalarının qlobal bazarda satılan versiyalardan əsas fərqləri ondan ibarətdir ki, onlar qandakı şəkər miqdarını təyin etməyə imkan verirlər. Beləliklə Huawei Watch 4 smart saatları bazarda qandakı şəkər miqdarını ölçə bilən ilk smart saatlar oldular. Bu özəllik şəkərli diabet xəstəliyindən əziyyət çəkən istifadəçilər üçün çox vacib olan bir özəllikdir. Belə ki, sözügedən xəstəlikdən əziyyət çəkənlər mütəmadi şəkildə qandakı şəkər miqdarını ölçmək məcburiyyətində qalırlar.


    Bunun üçün onlar ənənəvi qan analizi üsulundan istifadə edirlər. Lakin Huawei Watch 4 smart saatları ənənəvi qan analizi üsuluna aradan qaldırmağa imkan verirlər. Şirkət bildirib ki, smart saatlar üçün bu funksiyanın hazırlanma prosesində tibb sahəsində çalışan mütəxəssislər də iştirak ediblər. Qeyd etmək lazımdır ki, smart saatlar qandakı şəkər miqdarını dəqiqliklə təqdim etmirlər. Onlar sadəcə olaraq bu göstəricinin böyük risk altında olduğu zaman istifadəçini məlumatlandırırlar. Bunun üçün isə istifadəçi smart saatı 7 gün ərzində öz biləyində saxlamalıdır. Bu müddət ərzində smart saat istifadəçi səhhətinin müəyyən göstəriciləri barəsində məlumatları yığaraq onun vəziyyəti barəsində yekun qərarı təqdim edir.

    Qeyd etmək lazımdır ki, adi Watch 4 modeli 46 mm-lik, Watch 4 Pro isə 48 mm-lik gövdə ölçüsünə sahibdir. Hər iki model 1.5 düym AMOLED ekran ilə təchiz olunub. Pro modelin gövdəsi TC4 adlı titan ərintisindən hazırlanıb. Şirkətin məlumatına əsasən bu titan ərintisi adi titandan 3 dəfə dözümlü və 2 dəfə sərtdir. Smart saatlar 100 idman rejimini dəstəkləyirlər və üstəlik ürək döyüntülərini, qandakı oksigen miqdarını və bədən temperaturunu ölçə bilirlər. Huawei Watch 4 smart saatlarının qlobal versiyalarında qandakı şəkər miqdarının təyini funksiyası mövcud deyil.



DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×