
Qatlana bilən Galaxy Fold 2 barəsində yeni məlumatlar verilib
Elm & Texnologiya
26.01.2020
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti bu il 3 ədəd yeni qatlana bilən smartfon modeli təqdim etməlidir. Onlardan biri də Galaxy Fold-un davamçısı olacaq Galaxy Fold 2 olmalıdır. İndi isə XDA-Developers saytının baş redaktoru Max Weinbach smartfonun bir sıra texniki özəllikləri barəsində məlumat verib.
Onun sözlərinə əsasən Galaxy Fold-un davamçısı olacaq Galaxy Fold 2 smartfonu Snapdragon 865 prosessorunu və 5G şəbəkə dəstəkli modemi əldə edəcək. Smartfonun əsas ekranının ölçüsü 8 düym olacaq və o, ultranazik şüşə material sayəsində zədələnmələrdən qorunacaq. Kameraya gəldikdə isə Galaxy Fold 2 Samsung istehsalı olan 108 MP-lik kamera modulunu əldə edəcək. Bununla yanaşı Galaxy Fold 2 smartfonu Galaxy Note seriyasının modelləri kimi stilus dəstəyini əldə edəcək. Redaktorun sözlərinə əsasən smartfon bu ilin ikinci rübündə təqdim olunmalıdır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...