main-post-cover

    Qatlana bilən Galaxy Fold smartfonu nə zaman satışa çıxacaq?

    Elm & Texnologiya
    10.06.2019
    Farid Pardashunas
        Samsung şirkətinin qatlana bilən Galaxy Fold smartfon modelinin iyun ayında satışa çıxacağı gözlənilirdi. Lakin bu ay smartfon satışa çıxmayacaq. İndi isə insayderlər sözügedən smartfon modelinin tamamilə fərqli çıxış vaxtını qeyd edirlər. Belə ki, hindistanlı insayder Mukul Sharma özünün iki güvənli mənbəsinə istinadən bildirib ki, Galaxy Fold iyul ayında satışa çıxacaq. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Galaxy Fold smartfonunun ilk test modellərinin konstruksiyalarında ciddi problem aşkar edilmişdi.
        Belə ki, smartfonun ekranı bir neçə günlük istifadədən sonra sıradan çıxırdı. Burda istifadəçilərin də müəyyən mənada günahları olub. Belə ki, ekranın üzərində olan qoruyucu örtüyü onlar adi örtük kimi bilib ekran üzərindən çıxardıblar. Bu da öz növbəsində smartfon ekranının sıradan çıxmasına səbəb olub. Hələ 1 ay bundan qabaq məlum olmuşdu ki, Samsung şirkəti Galaxy Fold-da olan bütün problemləri aradan qaldırıb və onun konstruksiyasında olan ciddi boşluğu düzəldib.
        Bir sıra mənbələrin verdikləri məlumatlara əsasən Samsung mühəndisləri smartfonun ekranı ilə gövdəsi arasında olan kiçik boşluğu bağlayıblar. Məhz həmin boşluğun daxilinə keçmiş kiçik toz hissəcikləri smartfon ekranının zədələnməsinə səbəb olurdu. Bununla yanaşı mühəndislər smartfonun şarnirlərini və petlələrini də daha dözümlü ediblər. Əgər Galaxy Fold smartfonu gələn ay satışa çıxsa, deməli o, əsas rəqibi olan qatlana bilən Huawei Mate X ilə birlikdə satışa çıxacaq. Şirkətin özü isə bu məlumata fikir bildirməkdən imtina edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər