main-post-cover

    Qatlana bilən Galaxy Fold'un satış tarixi ortaya çıxdı

    Elm & Texnologiya
    01.08.2019
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə Samsung şirkəti bildirmişdi ki, qatlana bilən Galaxy Fold smartfonu bu ilin sentyabr ayında satışa çıxacaq. Lakin bu yaxınlarda məlum olmuşdu ki, smartfonun əslində nə zaman satışa çıxacağını heç Samsung-un özü də bilmir. Lakin indi Galaxy Fold-un satış tarixi Koreyanın telekommunikasiya şirkətinin təmsilçiləri ilə Samsung arasında keçirilmiş görüş əsnasında məlum olub. Bu barədə The Investor saytına istinadən Gagadget saytı xəbər verib.
        Beləliklə məlumata əsasən Galaxy Fold-un satışlarına 18-20 sentyabr tarixlərində start verilməlidir. Məlumatda qeyd olunub ki, smartfon ilk öncə Cənubi Koreyada və daha sonra digər bazarlarda satışa çıxacaq. Mənbələrin verdikləri məlumatlara əsasən Galaxy Fold-un irimiqyaslı istehsalına artıq start verilib. Belə ki, Galaxy Fold modelləri bu ay təqdim olunacaq Galaxy Note 10 modelləri ilə birlikdə istehsal olunur. Samsung ilkin mərhələdə 1 milyon ədəd Galaxy Fold satmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər