main-post-cover

    Qatlana bilən Galaxy Z Flip-in davamçısının patent fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    03.05.2020
    Emil Nəcəfov
        Fevral ayında Samsung şirkəti Galaxy Z Flip adlı yeni qatlana bilən smartfon modelini təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamçısı üzərində çalışır. Yeni qatlana bilən smartfon modeli barəsində olan patent sənədi intellektual mülkiyyət üzrə ümumdünya təşkilatın saytında aşkar edilib. Həmin sənədin daxilində isə Galaxy Z Flip-in davamçısının fotoları əks olunub.
        Bu barədə Letsgodigital saytı xəbər verib. Beləliklə fotolardan da görmək olar ki, yeni smartfon hal hazırda aktual olan Galaxy Z Flip formatında reallaşdırılacaq. Dizayn baxımından dəyişikliklər minimumdur. Samsung şirkəti yeni modelin iki variantını nəzərdən keçirdir. Onlar öz aralarında arxa kameraların yerləşmə yerləri və ikinci ekrann ölçüsü üzrə fərqlənirlər.
        Birinci variantda smartfon üçlü arxa kameraya sahibdir və həmin kameralar arxa paneldə üfüqi şəkildə yerləşirlər. Bununla yanaşı ikinci ekran kameraların yanında yerləşir və kiçik ölçüyə sahibdir. İkinci variantda isə smartfonun üçlü arxa kamerası şaquli şəkildə yerləşdirilib. Bu halda kameraların yanında olan ikinci ekranın ölçüsü bir qədər böyükdür. Çox güman ki, Galaxy Z Flip-in davamçısı gələn ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala