main-post-cover

    Qatlana bilən Galaxy Z Flip smartfonu Galaxy S20-dən bir qədər sonra təqdim oluna bilər

    Elm & Texnologiya
    28.01.2020
    Emil Nəcəfov
        Son məlumatlarda qeyd olunurdu ki, Samsung şirkəti 11 fevral tarixində Galaxy S20 flaqman smartfon seriyası ilə birlikdə qatlana bilən Galaxy Z Flip modelini də təqdim edəcək. Lakin görünür, bu belə olmayacaq. Belə ki, nüfuzlu insayder Max Weinbach-ın verdiyi məlumata əsasən Galaxy Z Flip smartfon modeli Galaxy S20 seriyasından bir neçə gün sonra təqdim olunacaq.
        Onun verdiyi məlumatda qeyd edilib ki, yeni qatlana bilən smartfon modeli 14 fevral tarixində təqdim olunmalıdır. Bundan əlavə olaraq smartfon əvvəlcədən güman edildiyi kimi heç də ucuz olmayacaq. Belə ki, Galaxy Z Flip 1400$-a satışa çıxacaq. Buna bxmayaraq onun rəqibi olan qatlana bilən Motorola RAZR modeli 1500$-a satılır.
        Son məlumatlara əasən Galaxy Z Flip modeli 6.7 düym Dynamic AMOLED ekran ilə təchiz olunacaq. Ekranın özü isə Samsung Ultra Thin Glass texnologiyası vasitəsilə zədələnmələrdən qorunacaq. Smartfon Snapdragon 855+ prosessoru vasitəsilə çalışmalıdır. Həmçinin Galaxy Z Flip 256 GB daxili yaddaş həcmi və 15 vatt gücündə sürətli şarj texnologiyalı 3300-3500 mAh enerji tutumlu batareya ilə də təchiz olunmalıdır.
    Linki kopyala