main-post-cover

    Qatlana bilən Huawei Mate X'in dəqiq satış tarixi barəsində məlumat verildi

    Elm & Texnologiya
    18.10.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Çindən olan kütləvi informasiya vasitələri bildirmişdilər ki, Huawei şirkətinin ilk qatlana bilən smartfon modeli Mate X bu ayın sonunda satışa çıxacaq. İndi isə bu məsələ ilə bağlı daha konkret tarix ortaya çıxdı. Bu barədə Huaweicentral saytı xəbər verib. Beləliklə verilmiş yeni məlumata əsasən Mate X-in ön sifarişlərinə 23 oktyabr tarixində start veriləcək.
        Smartfonun özü isə 1 noyabr tarixində satışa çıxacaq. Söhbət, hələki Çin bazarından gedir. Lakin orda da şirkət çoxlu sayda Mate X modelini satışa çıxartmağı planlaşdırmır. İlkin mərhələdə smartfon məhdudlaşdırılmış sayda satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Mate X smartfonu iki versiyada satışa çıxacaq. Onlardan biri Kirin 980 prosessoru, digəri isə 5G dəstəkli Kirin 990 prosessoru ilə təchiz olunacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər