main-post-cover

    Qatlana bilən Huawei Mate X'in təkrar təqdimatı bu həftə baş tuta bilər

    Elm & Texnologiya
    06.08.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkətinin ilk qatlana bilən smartfon modeli Galaxy Fold bu ilin sentyabr ayında satışa çıxacaq. Huawei şirkəti isə bildirmişdi ki, o, Samsung şirkəti ilə bu məsələdə rəqabət aparmır və qatlana bilən Mate X modelini yalnız hazır olandan sonra satışa çıxardacaq. Lakin indi məlum olub ki, Mate X də sentyabr ayında satışa çıxacaq. Bu barədə Gizmochina saytına istinadən Gagadget saytı xəbər verib.
        Yeni məlumatlara əsasən Mate X modelinin təkrar təqdimatı 9-11 avqust tarixlərində keçiriləcək Huawei Developer Conference tədbirində baş tutacaq. Qeyd etmək lazımdır ki, smartfonun ilk təqdimatı bu ilin fevral ayında baş tutmuşdu. Həmin vaxtdan bəri isə smartfonda bəzi dəyişikliklər edilib. Buna görə də onun təkrar təqdimatını keçirtmək lap yerinə düşər. Lakin smartfonu təqdimatdan sonra almaq mümkün olmayacaq. Çünki onun satışa çıxması sentyabr ayına planlaşdırılır. Bundan əlavə olaraq smartfonun ilk partiyası da məhdud sayda olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər