main-post-cover

    Qatlana bilən Motorola Razr 2019 smartfonunun rəsmi render fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    29.04.2019
    Farid Pardashunas
        Slashleaks saytında qatlana bilən Motorola Razr smartfon modelinin rəsmi render fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Ortaya çıxmış fotolar bu smartfon barəsində daha əvvəllər yayılmış məlumat sızıntılarını təsdiqləyb. Yeni model də bir vaxtlar məşhur olmuş köhnə Motorola Razr modeli kimi qatlanan dizayn əldə edəcək. Smartfon genişformatlı ekran ilə təchiz olunacaq və ekran üzərində ön kamera və müxtəlif ötürücülər üçün nəzərdə tutulmuş çıxıntı hissə olacaq.

        Smartfonun özündən əlavə olaraq ortaya çıxmış fotoda həmçinin üçbucaq konstruksiyaya sahib qəribə qutu və smartfon üçün dayaq cihazlar əks olunublar. Son məlumat sızıntılarına əsasən Voyager kod adına sahib yeni Motorola Razr modeli 2142x876 piksel keyfiyyətli 6.2 düym əsas ekran, 800x600 piksel keyfiyyətli əlavə ekran, orta səviyyəli Snapdragon 710 prosessoru, 4/6 GB RAM və 27 vatt gücündə enerji qəbul etməyə qadir TurboPower adlı sürətli enerji yığma texnologiyalı 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni Motorola Razr modeli artıq may ayında təqdim oluna bilər. Onun ABŞ-da 1500$ qiymətində satılacağı güman edilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər