main-post-cover

    Qatlana bilən Motorola RAZR 2019 smartfonunun texniki göstərici məlumatları ortaya çıxıb

    Elm & Texnologiya
    13.03.2019
    Farid Pardashunas
        XDA-Developers saytının jurnalistləri qatlana bilən Motorola RAZR 2019 smartfon modelinin loqosunu və texniki göstərici məlumatlarını təqdim ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən sözügedən smartfon Voyager kod adına sahibdir. Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 855 prosessoru ilə deyil, Snapdragon 710 prosessoru, 4/6 GB RAM və TurboPower sürətli enerji yığma özəllikli 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

        Smartfon həmçinin iki ekrana da sahib olacaq. Birinci ekran əsas ekran funksiyasını daşıyacaq və o, 2142x876 piksel keyfiyyətli 6.2 düym OLED ekran olacaq. İkinci ekran isə əlavə ekran funksiyasını daşıyacaq və o, 800x600 piksel keyfiyyətində olacaq. Əlavə ekranda əsasən bildirişlər və Active Display funksiyası əks olunacaq. Məlumata əsasən smartfon yaxın zamanda 3 rəng variantından təqdim olunacaq. The Wall Street Journal-ın məlumatına əsasən Motorola RAZR 2019 smartfonu məhdud sayda satışa çıxacaq və 1500$ qiymətində satılacaq. Bu isə Huawei Mate XGalaxy Fold smartfonlarından daha ucuzdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər