main-post-cover

    Qatlana bilən Motorola Razr smartfonu Bluetooth sertifikatlaşdırılmasından keçib

    Elm & Texnologiya
    15.04.2019
    Farid Pardashunas
        İnternetdə artıq bir neçə aydır ki, qatlana bilən Motorola Razr smartfonu barəsində məlumat sızıntıları olur. Bu isə o deməkdir ki, onun təqdimatı artıq çox yaxındır. Sözügedən smartfonu Bluetooth SIG saytında XT2000-1 model nömrəsi ilə aşkar ediblər. Bu barədə Gagadget saytı xəbər verib. Başqa sözlə desək, smartfon artıq Bluetooth sertifikatlaşdırılmasından keçib.

        Sözügedən sertifikat smartfonun adını təsdiqləsə də onun texniki göstəriciləri barəsində heç bir məlumat verməyib. Lakin smartfonun texniki göstəriciləri əvvəlki məlumat sızıntılarından məlumdur. Beləliklə qatlana bilən Motorola Razr smartfonu Voyager kod adına sahibdir. Smartfon 2 ekrana sahib olacaq. Onlardan biri 2142x876 piksel keyfiyyətli 6.2 düym əsas OLED ekran, digəri isə 800x600 piksel keyfiyyətli əlavə ekran olacaq.
        Smartfon həmçinin Snapdragon 710 prosessoru, 4/6 GB RAM və 27 vatt gücündə enerji qəbul etməyə qadir TurboPower adlı sürətli enerji yığma texnologiyalı 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Smartfonun Bluetooth sertifikatlaşdırılmasından keçməsi o deməkdir ki, smartfonu artıq bu ay və ya gələn ay təqdim etməlidirlər. Onun güman olunan qiymət göstəricisi isə 1500$-dır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər