Qatlana bilən Motorola RAZR smartfonunun daha bir versiyası hazırlanır

Qatlana bilən Motorola RAZR smartfonunun daha bir versiyası hazırlanır

Texnologiya
26.01.2020 PAYLAŞIM

    Qatlana bilən Motorola RAZR smartfonu hələ satışa çıxmayıb, lakin şirkət artıq onun daha bir versiyası üzərində çalışır. Bu barədə GSMarena saytı xəbər verib. Məlumatda qeyd edilib ki, yeni versiya adi versiyadan bir özəlliyə görə fərqlənəcək. Belə ki, yeni versiya 5G şəbəkə dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, adi Motorola RAZR modeli Snapdragon 710 prosessoru ilə təchiz olunur.

    Həmin prosessor isə 5G şəbəkə dəstəyinə sahib deyil. Bu isə o deməkdir ki, smartfonun yenilənmiş versiyası daha müasir prosessor ilə təchiz olunacaq. Yenilənmiş modelin hansı prosessor modelinə sahib olacağı barəsində bir məlumat yoxdur. Bu, Snapdragon 765G, MediaTek Dimensity və ya Samsung istehsalı prosessor ola bilər.

    Motorola RAZR 5G modeli mart ayında Çinin Uhan şəhərində keçiriləcək 3rd China Industrial Design Exhibition sərgisində təqdim olunmalıdır. Smartfonun 5G şəbəkə dəstəkli versiyasının istehsalı da həmçinin Uhanda yerləşən zavodda aparılacaq. Qeyd etmək lazımdır ki, adi Motorola RAZR modelinin satışlarına 6 fevral tarixində ABŞ-da start veriləcək. Lakin smartfonun 5G versiyası çox güman ki, eksklüziv olaraq Çin bazarında satılacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Sony şirkəti bahalı olmayan Xperia L4 smartfonunu təqdim edib

MWC 2020 sərgisinin ləğv olunmasına baxmayaraq Sony şirkəti özünün bahalı olmayan yeni smartfon mode..


Windows 10 ilə çalışan və Android tətbiqləri işə salan smartfonun texniki özəlli..

Biz dünən xəbər vermişdik ki, İngiltərənin Emperion adlı şirkəti Android tətbiqləri işə salmağı baca..


Samsung-dan istifadəçilərə gizli mesaj: '1'

Samsung, bütün dünyadakı Galaxy smartfon istifadəçilərə 1 rəqəmini göstərən bir bildiriş göndərdi...


Yeni qatlana bilən Huawei Mate Xs barəsində məlumatlar verilib

Huawei şirkətinin yeni qatlana bilən smartfon modeli olacaq Mate Xs-in təqdimatından öncə onun əsas ..


Digər avtomobil istehsalçıları Tesla-dan 6 il geridə qalırlar

Tesla şirkətinin elektromobilləri təkcə öz mühərrikləri ilə deyil həm də avtopilot sistemini özündə ..


TikTok-da güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb (VİDEO)..

Çinin TikTok sosial şəbəkəsində güman olunan iPhone 9-un (iPhone SE 2) videosu ortaya çıxıb...