main-post-cover

    Qatlana bilən Motorola RAZR smartfonunun yeni modeli nə zaman təqdim olunacaq?

    Elm & Texnologiya
    23.05.2020
    Emil Nəcəfov
        Qatlana bilən Motorola RAZR smartfonu hələ bir neçə müddət bundan öncə bütün dünya üzrə satışa çıxdı. Lakin buna baxmayaraq Lenovo şirkəti artıq onun davamçısı üzərində çalışır. Bu barədə Androidauthority saytı xəbər verib. Lenovo şirkətinin Cənubi Afrika şöbəsi üzrə general direktoru Thibault Dousson-un sözlərinə görə qatlana bilən Motorola RAZR smartfonunun yeni modeli bu ilin sentyabr ayında təqdim olunacaq. Təəssüflər olsun ki, o, yeni smartfon barəsində heç bir məlumat verməyib.
        Sadəcə olaraq ümid etmək olar ki, ikinci model flaqman smartfon kimi reallaşdırılacaq və artıq satışda olan modeldən daha dözümlü olacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Motorola RAZR modeli hələ keçən ilin sonunda təqdim olunmuşdu. Lakin smartfonun satışlarına bu il start verildi. Smartfon 6.2 düym əsas Flex View POLED ekran, 2.7 düym əlavə Quick View OLED ekran, Snapdragon 710 prosessoru, 16 MP-lik əsas kamera və 2510 mAh enerji tutumlu batareya ilə təchiz olunur. 
    Linki kopyala