Qatlana bilən Samsung Galaxy Fold'un nə zaman satışa çıxacağı məlum oldu

Qatlana bilən Samsung Galaxy Fold'un nə zaman satışa çıxacağı məlum oldu

Texnologiya
25.07.2019 PAYLAŞIM

    3 ay bundan öncə Samsung şirkəti qatlana bilən Galaxy Fold smartfon modelinin test versiyalarını jurnalistlərə göndərmişdi. Bu test nəticəsində isə məlum oldu ki, Galaxy Fold-un ekranı 1-2 günlük istifadədən sonra sıradan çıxır. Nəticədə şirkət smartfon modellərini geri çağırdı və onun satışlarını bilinməyən vaxta kimi təxirə saldı. Uzun müddətlik sakitlikdən sonra şirkət bu smartfonun nə zaman satışa çıxacağı barəsində məlumatı verdi.

    Engadget saytının sözlərinə əsasən Samsung şirkətinin təqdim etmiş olduğu press-relizdə Galaxy Fold-un sentyabr ayında satışa çıxacağını bildirib. Lakin yalnız hələki seçilmiş bazarlar üçün. Təəssüflər olsun ki, şirkət smartfonun ilk olaraq hansı bazarlarda satışa çıxacağını bildirməyib. Buna baxmayaraq şirkət smartfonun yeni dizaynını təqdim edib.

    Yeni dizayna əsasən qoruyucu örtüyün kənarları gövdənin daxilində gizlədilib. Bu ona görə edilib ki, istifadəçilər səhvən və ya bilərəkdən həmin qoruyucu hissəni çıxartmasınlar. Samsung həmçinin qatlana bilən ekranlara əlavə olaraq metal materialdan hazırlanmış örtük də əlavə edib və şarnir ilə gövdənin arasındakı məsafəni azaldıb. Şirkət həmçinin bildirib ki, hal hazırda o, tətbiqlərin optimizasiyası üzərində çalışır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Kibertəhlükəsizlik mütəxəssisi: 'iPhone 11 Pro smartfonları öz istifadəçilərini ..

Kibertəhlükəsizlik mütəxəssisi Brian Krebs bildirib ki, iPhone 11 Pro smartfonu istifadəçinin icazəs..


Apple şirkəti iPhone 5G-nin hazırlanmasında Qualcomm ilə birlikdə çalışır..

5G dəstəkli iPhone-nun tez bir zamanda satışa çıxması üçün Apple və Qualcomm şirkətləri birlikdə çal..


Google Play-də smartfonlar üçün drayver yenilənmələri işə salınacaq

Noutbuk və stolüstü kompüter istifadəçilərindən fərqli olaraq smartfon istifadəçiləri öz cihazlarınd..


Snapdragon 865 prosessoru Geekbench testlərindən keçdi

Qualcomm şirkəti artıq Snapdragon 865 flaqman prosessorunun bütün texniki özəlliklərini təqdim edib...


Diqqəti cəlb edən orta büdcəli prosessor: Snapdragon 765-in texniki özəllikləri ..

Dünən Qualcomm şirkəti Snapdragon 865 flaqman prosessor modelindən əlavə olaraq Snapdragon 765 adlı ..


Nokia Smart TV təqdim olundu: 55 düymlük 4K UHD ekran və JBL səs texnologiyası..

Günlər əvvəl şəkilləri və xüsusiyyətləri sızdırılan Nokia SMART TV bu gün təqdim olundu. Dekabr 10-u..