main-post-cover

    Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqdimat tədbiri keçirdəcək

    Elm & Texnologiya
    09.08.2022
    Farid Pardashunas
        Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib. Tizer materiallarda sərgilənən yeni məhsullar 11 avqust tarixində təqdim olunacaq. Söhbət, qatlana bilən Xiaomi Mix Fold 2 smartfonundan, Buds 4 Pro adlı naqilsiz qulaqlıqlardan və Mi Pad 5 Pro 12.4 planşetindən gedir. Hələ bir neçə müddət bundan öncə sertifikatlaşdırmadan keçmiş Mix Fold 2 smartfonu 12 GB RAM-a və 512 GB / 1TB daxili yaddaş həcminə sahib olacaq. Bununla yanaşı yeni qatlana bilən smartfon özündə 67 vatt gücündə sürətli şarj texnologiyasını da birləşdirəcək. İnsayderlər həmçinin Mix Fold 2-nin sahib olacağı kameraların göstəriciləri barəsində də məlumat veriblər.
        Beləliklə smartfon üçlü arxa kameraya sahib olacaq. Onlardan biri 50 MP, ikincisi 13 MP (ultragenişbucaqlı obyektiv), üçüncüsü isə teleobyektiv olacaq. Təsvirlərin emal olunmaları üçün nəzərdə tutulmuş Surge C1 adlı çip də smartfona yerləşdiriləcək. Xiaomi-nin Leica şirkəti ilə əməkdaşlıq etməsi səbəbilə Mix Fold 2-nin kameraları sözügedən şirkətin alqoritmlərini və filtrlərini əldə edəcəklər. Buds 4 Pro adlı yeni naqilsiz qulaqlıqlara gəldikdə isə onların texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Lakin Xiaomi tərəfindən təqdim edilmiş tizer video vasitəsilə yeni qulaqlıqların dizaynlarını qiymətləndirmək olar.
        İnsayderlər Mi Pad 5 Pro 12.4 planşetinin sahib olacağı texniki özəlliklər barəsində məlumata sahib deyillər. Lakin təqdim edilmiş reklam posterindən belə qənaətə gəlmək olar ki, yeni planşet Mi Pad 5 modelinin bir qədər böyüdülmüş versiyasıdır. Reklam posterindən də görmək olar ki, planşetin arxa panelində üçlü arxa kamera yerləşdirilib və arxa kamera dizaynı, Xiaomi 12 smartfon seriyasının arxa kamera dizaynına bənzəyir. Bəzi şayiələrə əsasən Mi Pad 5 Pro 12.4 planşeti Qualcomm-un 8 nüvəli Snapdragon 870 prosessoru vasitəsilə çalışacaq və adi Mi Pad 5-dən fərqli olaraq daha böyük həcmli batareyanı özündə birləşdirəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər