Qatlana bilən və iki ekrana sahib ZTE Axon M smartfonu təqdim olundu
Elm & Texnologiya
17.10.2017
Farid Pardashunas
Gözlənildiyi kimi “ZTE” şirkəti, iki ekrana sahib qatlana bilən Axon M adlı smartfonunu təqdim etdi.
Qatlanmış vəziyyətdə bu, 5.2 inç
ekrana sahib adi smartfondur. Lakin açıq vəziyyətdə sözügedən cihaz planşetə
çevrilir. ZTE Axon M metal korpusa sahibdir, onun konstruksiyası isə mini
noutbooku xatırladır. Smartfonun hər iki tərəfi 5.2 inç Full HD ekrana
sahibdir. Ekranların hər ikisi isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb.
Sözügedən ekranlardan hər ikisi ilə eyni anda və ya ayrı-ayrı istifadə etmək olar.
Bununla belə ekranlardan hər biri əsas ekran kimi çixış edə bilər. Məsələn,
istifadəçi bir ekranda əsas səhifəni, digərində isə tətbiqlər siyahısını aça
bilər. Digər halda isə istifadəçi hər ekranda müxtəlif tətbiqləri işə sala bilər.
Lazımi anda istifadə olunan tətbiq hər iki ekranda da əks oluna bilər. Digər özəllikləri
baxımından isə ZTE Axon M, texniki göstəriciləri heç də pis olmayan standart
smartfondur.
O, 4 nüvəli Snapdragon 821 prosessoru, 4 GB RAM, 64 GB daxili
yaddaş (microSD dəstəkli), Quick Charge 3.0 funksiyalı 3180 mAh enerji tutumlu
batareya və USB Type-C girişi ilə təchiz olunub. ZTE Axon M bir ədəd 20 MP-lik
kamera ilə təchiz olunub və o, həm arxa həmdə ön kameranı əvəz edir. Sözügedən
kamera f/1.8 diafraqmaya, faza avtofokusuna və optik stabilizasiyaya sahibdir.
Həmçinin o, saniyədə 30 kadr sürətlə 4K videoçəkilişi də dəstəkləyir. ZTE Axon
M, bu ilin payız fəslində satışa çıxacaq. ABŞ-da isə onun qiyməti 725$ təşkil
edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!