main-post-cover

    Qatlana bilən yeni Motorola RAZR'ın Avropa bazarı üçün qiyməti məlum oldu

    Elm & Texnologiya
    19.11.2019
    Farid Pardashunas
        Keçən həftə təqdim edilmiş qatlana bilən yeni Motorola RAZR modeli ilk öncə eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatorunda satış üçün nəzərdə tutulmuşdu. İndi isə smartfonun digər regionlarda satışa çıxması və Avropa bazarındakı qiyməti təqdim edilib. Bu barədə GSMarena saytı xəbər verib. Motorola RAZR modeli ABŞ bazarında gələn ilin yanvar ayında 1500$ qiymətində satışa çıxacaq.
        Məlumata əsasən 24 yanvar tarixindən başlayaraq smartfonu həmçinin Avropada da əldə etmək mümkün olacaq. Məlumatda qeyd edilib ki, smartfon ilk öncə İsveçdə satışa çıxacaq. Lakin Avropa bazarında hansısa mobil operator ilə müqavilə olmadan smartfon 1680 avro (1860$) qiymətinə başa gələcək. Digər ölkələrdə qiymətlər fərqlənə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər