Logo
    main-post-cover

    Qualcomm 5G şəbəkəsində rekord yükləmə sürətinə imza atıb

        Qualcomm şirkəti smartfonlar və planşetlər üçün nəzərdə tutulmuş Snapdragon X75 5G Modem-RF System adlı modem vasitəsilə yükləmə sürəti rekorduna imza atıb. Sözügedən modem artıq bu il ərzində kommersiya məqsədli cihazlara inteqrasiya ediləcək. Lakin artıq indidən onun hansı yükləmə sürətini təmin edəcəyi məlumdur. Şirkət rekord yükləmə sürətini 6 GHz-dən aşağı 5G spektrində əldə edə bilib. Məlumatda qeyd edilib ki, Qualcomm sözügedən modem vasitəsilə məlumatların saniyədə 7.5 Gbit sürətlə ötürülməsinə nail ola bilib. Prosesin sürətləndirilməsi üçün 4 ədəd ayrı-ayrı 5G kanalın bir sistemdə birləşdirilməsi üsulundan istifadə edilib. Nəticədə 4K keyfiyyətli 120 dəqiqəlik videonu test məqsədli cihaza 38 saniyəyə yükləmək mümkün olub.
    Paylaş
    Bənzər xəbərlər