main-post-cover

    Qualcomm Android smartfonlarda peyk şəbəkəsinin dəstəyi üçün nəzərdə tutulmuş çipini təqdim edib

    Elm & Texnologiya
    08.01.2023
    Farid Pardashunas
        Qualcomm şirkəti CES 2023 sərgisi çərçivəsində Snapdragon Satellite adlı çipini təqdim edib. Sözügedən çip Android smartfonlarda peyk şəbəkəsinin təmin olunması üçün nəzərdə tutulub. Snapdragon Satellite çipi Qualcomm x70 modeminə inteqrasiya ediləcək və modemin özü Snapdragon 8 Gen 2 prosessoruna quraşdırılacaq. Lakin bununla belə peyk şəbəkəsi heç də bütün smartfonlarda çalışmayacaq. Snapdragon Satellite çipi Iridium şirkətinin peyk şəbəkəsi çərçivəsində çalışacaq və öz növbəsində təkcə fövqəladə hallar zamanı deyil, həmçinin istənilən vaxtda peyk şəbəkəsi üzərindən mesajlaşma imkanını təqdim edəcək.
        Qualcomm-un verdiyi məlumata əsasən Android smartfonlarda peyk şəbəkəsi imkanının reallaşdırılması üçün istehsalçıların öz smartfonlarına yenilənmiş Snapdragon 8 Gen 2 prosessorunu quraşdırmaq kifayət etməyəcək. Belə ki, onlar öz məhsullarına Iridium şirkətinin 1600-1626.5 MHz tezlikdə çalışan L diapazonlu radiotezlikli təchizatını quraşdırmalı olacaqlar. Məlumata əsasən Snapdragon Satellite çipinə sahib ilk flaqman smartfonlar bu ilin ikinci yarısında satışa çıxacaqlar. Bu isə o deməkdir ki, Snapdragon 8 Gen 2-yə sahib artıq satışa çıxmış və həmin vaxta kimi satışa çıxacaq flaqman Android smartfonlar peyk şəbəkəsi dəstəyinə sahib olmayacaqlar.
    Qualcomm
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər