
Qualcomm Apple'ı məhkəməyə verdi
Elm & Texnologiya
15.10.2017
Orxan
Qualcomm, iPhone-un
Çində istehsalının dayandırılması və ölkədə satışının qadağan edilməsini tələb
etdi.
Qualcomm və Apple bir çox patent iddiaları ilə bir-birilərinə
qarşı zərbə vurmağa çalışırlar. Bu səfər
Çində bir patent iddiası ilə qarşı-qarşıya gəldilər. Qualcomm-un 29 sentyabr
tarixində açdığı və bu gün mətbuata paylaşılan məhkəmə işi ilə əlaqədar
Apple-ın Çindəki bütün fəaliyyətlərinin sonu gələ bilər.

Patent iddiası açan Qualcomm, Force Touch texnologiyasının və
güc rəhbərliyinin təməlində yatan texnologiyaların özünə aid olduğunu və Apple-ın
bu texnologiyaları icazəsiz olaraq istifadə etdiyini iddia edir. Qualcomm, bu
texnologiyaların istifadə edildiyi iPhone-un Çində istehsalının dayandırılması
və satışının qadağan edilməsini tələb etdi.
Çindəki iPhone satışlarından daha çox Apple iPhone-u demək
olarki tamamilə Çində istehal etməsi bu iddianın Apple üçün böyük bir təhlükə
meydana gətirməsinə səbəb olacağa bənzəyir. Apple ümumi gəlirinin əsas payını
iPhone satışlarından əldə edir.
Paylaş
Bənzər xəbərlər