main-post-cover

    'Qualcomm' bütün iPhone və iPad modellərinin satışlarının ləğv olunmasını tələb edir

    Elm & Texnologiya
    08.07.2017
    Farid Pardashunas

    Çip istehsalçısı “Qualcomm” şirkəti, öz qabaqcıl texnologiyalarının olduğu bütün iPhone və iPad modellərinin satışlarına qadağa qoymaq istəyir.

    Bundan əlavə olaraq “Qualcomm”, “Apple”ın marketing, reklam, anbarlaşdırma, iPhone modellərinin təqdimatı və s. əməliyyatlarını dayandırmağı da tələb edir. Belə ki, “Qualcomm”, “Apple”ı 6 patent hüququnun pozulmasında ittiham edir. Həmin 6 patent üzrə işlədilmiş texnologiyalar modem və mobil şəbəkə ilə əlaqəli deyillər. Onlar cihazın müxtəlif yüklənmə səviyyələrində onun avtonom işləmə vaxtının artırılması üçün nəzərdə tutulublar. “Qualcomm”, “Apple”ın bu texnologiyaları istifadə etməsini qanunsuz və haqsız hesab edir. Beləliklə bazarda demək olar ki, hegemonluq edən bir şirkət, dünyanın ən məşhur smartfon istehsalçısı olan bir şirkət ilə açıq mübarizəyə çıxır. “Apple”ın bu dəfə “Qualcomm”un tələblərinə necə cavab verəcəyi çox maraqlıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər