Qualcomm ilə MediaTek-in növbəti flaqman prosessorlarından mobil oyunlarda yüksək performans gözləmək lazım deyil

Qualcomm ilə MediaTek-in növbəti flaqman prosessorlarından mobil oyunlarda yüksək performans gözləmək lazım deyil

Texnologiya
22.05.2023 PAYLAŞIM

    Digital Chat Station ləqəbli məşhur insayder mobil gamerlər üçün heç də xoş olmayan bir məlumatı çatdırıb. Belə ki, insayderin sözlərinə əsasən növbəti flaqman prosessorlar olacaq Snapdragon 8 Gen 3 ilə MediaTek Dimensity 9300 tələbkar mobil oyunlardan lazımi şəkildə həzz almağa imkan verməyəcəklər. Məlumatda qeyd edilib ki, sözügedən prosesorların performansları onların əvvəlki versiyalarının performansları ilə müqayisədə yüksəliblər. Bununla belə onlardan heç biri testlər çərçivəsində Genshin Impact oyununda 1080p keyfiyyətində görüntü zamanı saniyədə stabil 60 kadr sürətini təmin edə bilməyib.

    Qeyd etmək lazımdır ki, bu oyun ən ağır mobil oyunlardan biri hesab edilir. Lakin istifadəçilərin fikirlərinə əsasən bu, Genshin Impact oyununun yaxşı şəkildə optimizasiya olunmaması ilə əlaqəlidir. Belə ki, Apple şirkətinin ən güclü iPad planşetləri də sözügedən oyunda 1080p görüntü keyfiyyəti çərçivəsində saniyədə stabil 60 kadr sürətini təmin edə bilmirlər. Ice Universe ləqəbli digər məşhur insayderin sözlərinə əsasən isə Snapdragon 8 Gen 3-də performans göstəricilərinin diqqət çəkəcək dərəcədə yüksələcəklərini gözləmək lazım deyil. O qeyd edib ki, yeni prosessorun enerji sərfiyyatı Snapdragon 8 Gen 2-nin enerji sərfiyyatı ilə eyni səviyyədədir. 




DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×