Logo
    main-post-cover

    Qualcomm naqilsiz audio cihazlar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib

    Elm & Texnologiya
    17.11.2022
    Emil
        Snapdragon Tech Summit 2022 tədbiri çərşivəsində Qualcomm şirkəti naqilsiz qulaqlıqlar üçün nəzərdə tutulmuş 2 yeni prosessorunu təqdim edib. Söhbət, Qualcomm S5 Gen 2S3 Gen 2 prosessorlarından gedir. Sözügedən prosessorlar istifadəçinin baş nahiyəsinin istiqamətlənmə vəziyyətinin təyinini, ətraf səs-küyün adaptiv boğulması funksiyasını və digər faydalı texnologiyaları dəstəkləyirlər. Hər iki prosessor Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunmuş smartfonlarda çalışmaq üçün optimizasiya edilib. Bundan əlavə olaraq bu yeni prosessorlar Snapdragon Sound texnologiyasının dəstəyinə sahibdirlər.
        Onlar naqilsiz səsgücləndiricilərə, qulaqlıqlara və orta qiymət kateqoriyasına daxil olan cihazlara quraşdırılmaq üçün nəzərdə tutulublar. Prosessorlar Bluetooth 5.3 texnologiyasını dəstəkləyirlər, FLAC formatlı səsin yayımını keyfiyyət itkisi olmadan reallaşdırırlar və danışıq keyfiyyətini təkcə telefon danışıqları zamanı deyil, həmçinin oyun streaming-i zamanı da təmin edirlər. Qualcomm-un verdiyi məlumata əsasən Qualcomm S5 Gen 2 və S3 Gen 2 prosessorları özlərində ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirirlər. Hal hazırda sözügedən yeni prosessorlar test mərhələsindədirlər. Onlara sahib ilk audio cihazlar gələn ilin ikinci yarısında satışa çıxacaqlar.
    Paylaş
    Bənzər xəbərlər