
Qualcomm növbəti təqdimat tədbirinin tarixini rəsmi şəkildə elan edib
Elm & Texnologiya
10.03.2023
Qualcomm şirkəti heç gözlənilmədən yeni təqdimat tədbirini anons edib. Tədbir 17 mart tarixində Çində baş tutacaq. Bəzi məlumatlara əsasən Qualcomm 17 mart tarixində keçiriləcək təqdimat tədbiri çərçivəsində Snapdragon 7 Gen 1 prosessorunun davamçısını təqdim edəcək. Yeni prosessorun ya Snapdragon 7+ Gen 1 ya da Snapdragon 7 Gen 2 adlanacağı gözlənilir. Onu da qeyd etmək lazımdır ki, yeni prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...