Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim edib

Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim edib

Texnologiya
18.05.2021 PAYLAŞIM

    Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-dən gedir. Təqdim olunmuş bu prosessor 5G dəstəkli orta qiymət göstəricisinə sahib smartfonlar üçün nəzərdə tutulub və performanslı CPU nüvələri ilə birlikdə genişləndirilmiş multimedia özəlliklərini əldə edib. Beləliklə 6 nanometrlik Snapdragon 778G prosessoru özündə 2.4 GHz tezlikdə çalışan 8 ədəd Kryo 670 nüvəsini və Adreno 642L qrafik çipini birləşdirir. Sözügedən qrafik çipin dəstəklədiyi standartlar ilə multimedia API-ları arasında Vulkan 1.1, OpenGL 3S 3.1, OpenCL 2.0 FP, HDR10+HDR10 var.

    Snapdragon 778G ilə təchiz olunacaq smartfonlar 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranların dəstəklərini əldə edə biləcəklər. Bundan əlavə olaraq Snapdragon 778G-nin daxilində Hexagon 770 adlı 6-cı nəsil əlavə neyron prosessoru yerləşir. Sözügedən prosessor süni zəka hesablamaları üçün nəzərdə tutulub. Yeni Snapdragon modelinin dəstəklədiyi maksimal kamera göstəricisi 192 MP təşkil edir. Prosessorun dəstəklədiyi çəkiliş özəllikləri arasında fotoçəkiliş zamanı 10 bit-lik HDR HEIF/HEIC, videoçəkiliş zamanı isə HDR10, HDR10+ və HLG var.


    Snapdragon 778G-yə Snapdragon X53 adlı 5G modem inteqrasiya olunub. Bu modem saniyədə 3.3 Gbit download sürətini təmin edir. Prosessorun digər özəllikləri arasında Wi-Fi 6E, Bluetooth 5.2, NFC, GPS və Qualcomm-un ultrasəs əsasında hazırlanmış barmaq izi skanı texnologiyalarının dəstəyi mövcuddur. Snapdragon 778G həmçinin Quick Charge 5 sürətli şarj texnologiyası ilə də uyğunlaşa bilir. Gözləntilərə əsasən sözügedən prosessoru ilk əldə edəcək smartfon Honor 50 olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×