main-post-cover

    Qualcomm şirkəti 3 yeni orta səviyyəli prosessorunu təqdim edib

    Elm & Texnologiya
    10.04.2019
    Farid Pardashunas
        Dünən Qualcomm şirkəti San Fransiskoda keçirtmiş olduğu təqdimat tədbirində özünün orta səviyyəli prosessor seriyasının yeni modellərini təqdim edib. Şirkətin orta səviyyəli prosessor seriyasına Snapdragon 665, Snapdragon 730Snapdragon 730G adlı yeni prosessor modelləri daxil olublar. Bu barədə Gagadget saytı xəbər verib.
    Snapdragon 665:
        Bu, 11 nanometrlik texnoloji proses əsasında hazırlanmış 8 nüvəli prosessordur. Əvvəlki model olan Snapdragon 660 kimi yeni Snapdragon 665 də 4 ədəd yüksək performanslı Kryo 260 (ARM Cortex-A73) nüvəsi və enerji effektivliyi baxımdan 4 ədəd Kryo 260 (ARM Cortex-A53) nüvəsi ilə ilə təchiz olunub. Sözügedən nüvələr maksimal 2.2 GHz tezlikdə çalışırlar.

        Bu yeni prosessorda əsas üstünlük qrafika performansının yüksəlməsinə verilib. Belə ki, qrafik özəlliklərə görə prosessorda olan Vulkan 1.1 dəstəkli Adreno 610 qrafik çipi cavabdehdir. Spectra 165 modulu vasitəsilə Snapdragon 665 prosessoruna sahib olacaq smartfonlar həmçinin maksimal 48 MP-lik üçlü arxa kameranı da dəstəkləyəcəklər. Bundan əlavə olaraq Snapdragon 665-də süni zəka özəllikləri iki dəfə təkmilləşdirilib və prosessora X12 LTE modemi əlavə olunub.
    Snapdragon 730 / Snapdragon 730G:
        Adından da bəlli olduğu kimi Snapdragon 730 prosessoru Snapdraogn 710 ilə Snapdragopn 712-nin davamçısıdır. 8 nanometrlik texnoloji proses əsasında hazırlanması və iki ədəd yeni yüksək performanslı Kryo 470 (Cortex-A76) nüvələri sayəsində Snapdragon 730 prosessorunun performans göstəricisi 35% yüksəlib. Snapdragon 730-da qrafik özəlliklərdən Hexagon 688 DSPSpectra 350 ISP modullarına sahib GPU Adreno 618 qrafik çipi cavabdehdir. Bununla yanaşı yeni prosessor həmçinin Wi-Fi 6 texnologiyasını, portret rejimində 4K HDR çəkimlərini dəstəkləyir və X15 LTE modemi ilə təchiz olunub.

        Snapdragon 730G modelini isə adi Snapdragon 730-dan fərqləndirən əsas özəllik ondan ibarətdir ki, Snapdragon 730G daha sürətli qrafik çipə sahibdir. Onun sayəsində prosessorun performansı 15% yüksəlir. Bununla yanaşı Snapdragon 730G modeli 1440 piksel keyfiyyətli ekranları və saniyədə 960 kadr olmaqla slow-mo videoların çəkilişini dəstəkləyir, Qualcomm-un bu yeni orta səviyyəli prosessorları artıq bu ilin ortasından başlayaraq smartfonlara quraşdırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər