Qualcomm şirkəti Apple M prosessorları ilə rəqabət aparacaq kompüter prosessorlarını istehsal edəcək

Qualcomm şirkəti Apple M prosessorları ilə rəqabət aparacaq kompüter prosessorlarını istehsal edəcək

Texnologiya
17.11.2021 PAYLAŞIM

    Qualcomm şirkəti kompüterlər üçün nəzərdə tutulmuş prosessorlarını təkmilləşdirmək niyyətindədir. Belə ki, şirkət Windows vasitəsilə çalışan kompüterlərdə yüksək performansı təmin etmək üçün yeni nəsil Arm prosessorunun yaradılması planını elan edib. Qualcomm-un 2023-cü il üçün təqdim edilməsi planlaşdırılan kompüter prosessoru gözləntilərə əsasən Apple şirkətinin M seriyasına daxil olan prosessorları ilə rəqabət apara biləcək. Qualcomm-un texniki direktoru olan James Thompson yeni kompüter prosessorlarının yaradılması planını investorlar üçün nəzərdə tutulmuş tədbirdə elan edib. Yeni prosessor Nuvia adlı şirkətin komandası tərəfindən yaradılacaq.

    Qeyd etmək lazımdır ki, Qualcomm sözügedən şirkəti bu il 1.4 milyard dollara əldə edib. Nuvia 2019-cu ildə Apple şirkətinin 3 keçmiş əməkdaşı tərəfindən təsis edilmişdi. Həmin əməkdaşlar isə iPhone iPad modellərində istifadə olunan Apple A seriyasının prosessorları üzərində çalışıblar. Qualcomm bildirib ki, yaradılacaq yeni kompüter prosessorları aşağı enerji sərfiyyatı vəziyyətində yüksək performansı təmin edəcəklər. Qeyd etmək lazımdır ki, Qualcomm əvvəllər də kompüter prosessorları sahəsinə daxil olmağa çalışırdı. Bu məqsədlə şirkət Snapdragon 7c 8c prosessorlarını təqdim etmişdi. Lakin onların enerji effektivlikləri ilə performans göstəriciləri Apple şirkətinin M seriyasına daxil olan prosessorların göstəricilərindən qat-qat aşağıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×