main-post-cover

    Qualcomm şirkəti Snapdragon 855 Plus prosessorunu təqdim edib

    Elm & Texnologiya
    16.07.2019
    Farid Pardashunas
        Qualcomm şirkəti öncədən heç bir anons etmədən Snapdrgon 855 prosessorunun yenilənmiş versiyası olan Snapdragon 855 Plus prosessorunu təqdim edib. Yeni prosessorda əsas diqqət mobil gaming-ə, süni zəka texnologiyalarına və qarışıq reallığa ayrılıb. Bu barədə 4pda saytı xəbər verib. Təqdim edilmiş yeni Snapdragon 855 Plus prosessoru adi Snapdragon 855-dən performans cəhətdən daha üstündür. Buna isə aşağıdakı yeniliklər sayəsində nail olunub:
    - Kryo 485 mərkəzi prosessorunun nüvələrinin tezlikləri 2.84-dən 2.96 GHz-ə kimi yüksəldilib
    - Adreno 640 qrafik sürətləndiricinin gücü 15% yüksəldilib.

        Sözügedən prosessor həm Snapdragon X24 LTE modemi həm də Snapdragon X50 5G modemi ilə birlikdə istehsal oluna bilir. Şirkətin verdiyi məlumata əsasən Snapdragon 855 Plus prosessoruna sahib 5G smartfonlar bir dəfə şarj olunandan sonra bütün gün ərzində şarj prosesina ehtiyac duymadan çalışa bilərlər.
        Saniyədə 7 trilyon əməliyyat yetirməyə qadir 4-cü nəsil Qualcomm AI Engine çoxnüvəli prosessordan istifadə isə öz növbəsində mobil oyun prosesinin keyfiyyətini süni zəka texnologiyası vasitəsilə yüksəldir. Bununla yanaşı Snapdragon 855 Plus-da artırılmış və virtual reallıq texnologiyalarının genişləndirilmiş imkanları reallaşdırılıb. Snapdragon 855 Plus prosessoruna sahib kommersiya məqsədli cihazlar artıq bu ilin ikinci yarısında təqdim olunacaqlar. Güman olunur ki, bu yeni prosessoru ilk olaraq Galaxy Note 10, Google Pixel 4OnePlus 7T smartfon modelləri əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər