main-post-cover

    Qualcomm şirkəti yeni iPhone'lar üçün modem çiplərinin satılmasından imtina edib

    Elm & Texnologiya
    17.01.2019
    Farid Pardashunas
        Apple ilə Qualcomm şirkətləri arasında məhkəmə prosesləri davam edir. İndi isə bu iki şirkət arasında olan soyuq müharibənin yeni təfərrüatları ortaya çıxıb. Belə ki, Apple şirkətinin general direktoru Jeff Williams ABŞ-ın federal ticarət komissiyası qarşısında çıxışı zamanı qeyd edib ki, Apple əvvəlcədən iPhone-lar üçün modemləri məhz Qualcomm şirkətindən almaq istəyirdi. Bu barədə CNET saytı xəbər verib.
        Məsələn iPhone XS, XS MaxXR modelləri üçün modem çiplərinin alışını Intel ilə Qualcomm şirkətlərinin arasında bölünməsi planlaşdırılırdı. Lakin məhkəmə prosesləri səbəbilə Qualcomm şirkəti keçən ilki iPhone modelləri üçün modem çiplərinin satılmasından imtina etdi. Buna görə də nəticədə Intel şirkətinin çiplərindən istifadə etmək lazım gəldi.
        Məsələ burasındadır ki, Intel şirkətinin modem çipləri öz sürətlərinə görə Qualcomm şirkətinin modem çiplərindən geridə qalırlar. Bununla belə Qualcomm şirkəti iPhone 7iPhone 7 Plus modelləri üçün modem çiplərini istehsal etməyə davam edir. Gələn il Apple şirkəti Intel ilə əməkdaşlığı davam etdirəcək. Nəticədə 5G texnologiyalı iPhone modeli rəqiblərin məhsullarından daha sonra satışa çıxacaq. Belə ki, Intel şirkətinin 5G modemi hələki hazır deyil. Digər şirkətlər isə artıq Qualcomm-un 5G modemini öz smartfon modellərinə inteqrasiya edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər