
Qualcomm Snapdragon 8 Gen 2 prosessoru Apple A16 Bionic-dən daha baha qiymətə satılır
Elm & Texnologiya
05.06.2023
Emil
Keçən həftə məlum oldu ki, Android istifadəçilərinin aktiv şəkildə iOS-ə keçid etmələrinin əsas səbəblərindən biri də flaqman Android smartfonların daha baha qiymətə satılmalarıdır. Bu isə öz növbəsində həmin smartfonlarda Snapdragon 8 Gen 2 prosessorunun istifadəsi ilə bağlı ola bilər. Belə ki, insayderlərin sözlərinə əsasən smartfon istehsalçılarına Snapdragon 8 Gen 2 prosessoru baha qiymətə satılır. Məlumatda qeyd edilib ki, smartfon istehsalçıları hər bir prosessor üçün 160$ vəsait ödəməli olurlar.
Məsələn Nubia Red Magic 8 Pro adlı gaming smartfonunun qlobal versiyası 649$-a satılır. Nəticədə belə qənaətə gəlmək olar ki, onda istifadə edilən Snapdragon 8 Gen 2 prosessoru smartfonun pərakəndə satış qiymətinin 1/4 hissəsini təşkil edir. Maraqlısı ondadır ki, hər bir A16 Bionic prosessoru Apple şirkətinə 110$-a başa gəlir. Bununla belə A15 Bionic-dən fərqli olaraq A16 Bionic-in qiyməti iki dəfə artıb. Buna baxmayaraq A16 Bionic Snapdragon 8 Gen 2-dən 30% daha ucuz satılır və bençmark testlərində ondan daha yüksək test nəticələri sərgiləyir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
