Qualcomm Snapdragon 895 prosessoru barəsində yeni məlumatlar verilib

Qualcomm Snapdragon 895 prosessoru barəsində yeni məlumatlar verilib

Texnologiya
05.07.2021 PAYLAŞIM

    Ice Universe ləqəbli məşhur insayder Qualcomm-un növbəti flaqman prosessoru olacaq Snapdragon 895 haqqında yeni məlumatlar verib. Bundan əlavə olaraq verilmiş məlumatlar arasında sözügedən prosessorun Plus versiyası da yer alıb. Beləliklə insayder bildirib ki, Qualcomm şirkəti Snapdragon 895 modelinin istehsal prosesini Samsung-a həvalə edəcək. Qeyd etmək lazımdır ki, Samsung hal hazırda həmçinin Snapdragon 888 prosessorunun istehsalı ilə də məşğuldur.

    Snapdragon 895 Plus modelinə gəldikdə isə insayder qeyd edib ki, onun istehsalı ilə TSMC şirkəti məşğul olacaq. Hər iki prosessor 4 nanometrlik texnoloji proses əsasında istehsal olunacaq. Snapdragon 895-in texniki özəllikləri barəsində məlumat azdır. Məlumata əsasən o, Snapdragon X65 5G modem və Adreno 730 qrafik çipi ilə təchiz olunacaq. İstehsalat zamanı 4 nanometrlik texnoloji prosesdən istifadə isə öz növbəsində prosessorun kristalının sahəsini 6% kiçiltməyə imkan verəcək.


    Bu isə Snapdragon 895-in performansının və enerji sərfiyyatı üzrə effektivliyinin yüksəlməsinə gətirib çıxartmalıdır. Əgər bu məlumatlar həqiqəti əks etdirirsə, deməli Qualcomm şirkəti öz tarixində ilk dəfə olaraq iki prosessor modelinin istehsalını fərqli şirkətlərə həvalə edəcək. İlk məlumata əsasən Snapdragon 895 modeli bu ilin dekabr ayında, Snapdragon 895 Plus modeli isə 2022-ci ilin ikinci yarısında təqdim olunacaq.



DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×