
Qualcomm-un ən güclü prosessoruna sahib ilk smartfon anons olunub
Elm & Texnologiya
07.05.2017
Farid
ASUS şirkəti dünən təqdim edilmiş Qualcomm Snapdragon 821
prosessoruna sahib smartfonu anons edən ilk şirkət olub. Qualcomm-un ən güclü
prosessorunun sayəsində mobil bazarda performans cəhətdən birinci yeri tutmağa
qadir yeni smartfon bir neçə müddət bundan öncə təqdim olunmuş ZenFone 3
Deluxe-un bir variantına bənzəyir. Yeni nəsil prosessordan əlavə olaraq smartfon 5.7 inç FullHD ekrana, 6 GB-lıq RAM, 256 GB-lıq UFS yaddaş həcminə və
3000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Cihaz 23 MP-li arxa və 8 MP-li
ön kamera ilə təchiz olunacaq. Bunlardan əlavə olaraq cihaz barmaq izinin
skanı, USB-C girişi və iki SIM-kart xüsusiyyətlərini özündə birləşdirəcək. Qeyd
edək ki, smartfon Android 6.0 əməliyyat sistemi üzərində çalışacaq. ASUS-un
yeni smartfonu 779 dollar qiymətinə satılacaq.
Paylaş
Bənzər xəbərlər